AZ

Çexiyada hərbi poliqonda partlayış baş verib: Yaralananlar var

Çexiyanın şərqindəki Libau hərbi poliqonunda döyüş sursatının partlaması baş verib.

Məlumata görə, Çexiya ordusunun Mətbuat Xidməti hadisə yerində yaralıların olduğunu bildirib.

"Libava təlim bölgəsində hələ ki naməlum sursat partlayıb. Hazırda biz bununla məşğuluq. Təəssüf ki, hadisə yerində yaralılar var", - idarənin açıqlamasında bildirilir.

Qeyd olunur ki, hazırda insident hərbi polis tərəfindən araşdırılır. Hadisə yerinə xilasedici helikopter göndərilib.

Mənbə: Kp.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
seher.media

4Mənbələr