AZ

Milli Məclisin sabiq deputatı vəfat edib

Milli
Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
1news.az xəbər verir ki, bu barədə APA-ya onun yaxınları məlumat verib. Sabiq deputat M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcək. Xatırladaq ki, Mirkazım Kazımov uzun müddət Milli Məclisin Cəlilabad rayonundan deputatı olub.

Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.

Seçilən
118
45
1news.az

10Mənbələr