AZ

Rusiyaya qarşı növbəti həmlə: Müddət uzadıldı

Avropa İttifaqı Krımın ilhaqına görə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini növbəti dəfə uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı məlumatda deyilir.

“Bu gün Şura Krımın və Sevastopol şəhərinin Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqına cavab olaraq Aİ-nin tətbiq etdiyi sanksiyaların 23 iyun 2025-ci ilə qədər uzadılması barədə qərar qəbul edib”, - sənəddə deyilir.

Hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlər ilk dəfə 2014-cü ilin iyununda tətbiq edilib. Bura Krımdan, yaxud, Sevastopoldan Aİ-yə məhsulların idxalı, habelə bu ərazilərdən infrastruktur və ya maliyyə investisiyalarına və turizm xidmətlərinə qadağalar daxildir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
5
teleqraf.com

10Mənbələr