AZ

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası ilə bağlı istintaq işi açılıb

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası ilə bağlı istintaq işi açılıb

Fransada 2022-ci il parlament seçkiləri zamanı seçki kampaniyası dövründə dövlət vəsaitini mənimsənilməsi ilə əlaqədar Respublikaçılar partiyasının sədri Erik Siottiyə qarşı Nitsada istintaq işi açılıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu, Respublikaçılar partiyasının sədrinə qarşı 2022-ci ildən bəri açılan artıq üçüncü istintaq işidir. İstintaq Antikorrupsiya Assosiasiyasının hesabatından sonra mayın 31-da açılıb.

Dövlət vəsaitinin mənimsənilməsinə dair məlumat 2022-ci ildə Alp-Maritim seçki dairəsindən olan Antikorrupsiya Assosiasiyasının referenti tərəfindən verilib. Sənaye və ticarət palatasına Nitsa limanında verilmiş pulsuz parkinq kartlarından sui-istifadə edildiyi bildirilir. Assosiasiyanın hesabatında qeyd edilir ki, partiya sədri E. Siottinin qohumları və yaxınları ən azı 8 belə kartdan yararlanıb.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Milli Maliyyə Prokurorluğu Siottinin keçmiş həyat yoldaşı Karolin Manyenin icra etdiyi işlərlə bağlı dövlət vəsaitinin mənimsənilməsinə dair istintaqa başlayıb.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
8
ilk.az

10Mənbələr