AZ

 Alonso Şumaxerin rekordunu yenilədi

İkiqat dünya çempionu ,“Aston Martin” komandasının sürücüsü Fernando Alonso keçən həftəsonu Kanada qran-prisində altıncı yeri tutaraq, Formula 1-də ən uzun xal müddətinə görə Mixael Şumaxerə malik rekordu yeniləyib.

Fernando Alonso Formula 1-də ilk xalını 9 mart 2003-cü ildə Avstraliya qran-prisində qazanıb. O vaxtdan bəri ikiqat dünya çempionu 257 yarışda xal toplayıb. “Circuit Gilles Villeneuve”dəki yarışda altıncı yeri tutan Alonso, 2012-ci ildən bəri yeddiqat Formula 1 çempionunun sahib olduğu rekordu təzələyib.

Şumaxerin ilk və son xalları arasında 21 il 2 ay 17 gün var idisə, Alonsoda bu aralıq hazırda 21 il 3 ay təşkil edir.

Alonso ən azı 2026-cı ilə qədər Formula1-də qalacaq, ona görə də yeni rekordunu daha da möhkəmləndirmək imkanı olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
5
futbolinfo.az

7Mənbələr