AZ

Bu il dəniz ilə daşınan yüklərin 50%-i neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-may aylarında daşınan yüklərin həcmi 3 337,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz azalıb.

Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə daşınan yüklərin 50%-ni neft yükləri təşkil edib.

"Dəniz limanları tərəfindən 5 576,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 4 468 min tonunu və ya 80,1%-ni tranzit yüklər təşkil edib", - məlumatda qeyd olunur.

Bildirilir ki, 2024-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 280,1 min ton olub.

Məlumata əsasən, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 26,7% artaraq 10,9 min nəfər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
12
day.az

10Mənbələr