AZ

Lyayen üçün tarixi gün - 2-ci müddətə vəzifəsində qalacaq?

Bu axşam Brüsseldə keçiriləcək qeyri-rəsmi görüşdə Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri çox güman ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayenin səlahiyyətlərinin ikinci müddətə uzadılmasının lehinə çıxış edəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Bildirilib ki, Aİ liderləri Ursula Fon der Lyayenin səlahiyyətlərinin bazar ertəsi axşam Avropa Komissiyasının sədri olaraq ikinci beşillik müddətə uzadılmasının lehinə çıxış etməyi planlaşdırırlar.

Qeyd olunur ki, bu qeyri-rəsmi görüş Avropa Komissiyasının yeni rəhbəri ilə bağlı yekun razılaşmanın əldə edilməli olduğu və iyunun 27-28-də keçiriləcək rəsmi sammitinin müqəddiməsi kimi çıxış etməlidir.
Qəzetin məlumatına görə, Brüsseldə keçiriləcək qeyri-rəsmi görüşdə Avropa Şurasının rəhbəri və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifələrinə namizədlər də müzakirə olunacaq.

Bizim.Media

Seçilən
102
3
bizim.media

10Mənbələr