AZ

Rusiyaya dost ölkələr Ukraynanı dəstəklədi - Kremlin REAKSİYASI

Rusiyaya dost olan bir sıra ölkələrin “sülh forumu”nun yekun sənədini dəstəkləməsi Rusiya Federasiyası ilə münasibətləri korlamayacaq.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, korlamayacaq. Biz əlbəttə ki, bu ölkələrin tutduğu mövqeni nəzərə alacağıq. Bu bizim üçün vacibdir.

Biz əsaslandırmamızı aydınlaşdırmaqda davam edəcəyik”, - deyə Kremlin sözçüsü Rusiyanın dostluq əlaqələri saxladığı ölkələr, məsələn, Macarıstan, Serbiya və Türkiyənin İsveçrədə keçirilən “sülh sammiti”nin yekun bəyannaməsini dəstəkləməsi ilə bağlı sualı cavablandırıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
bizim.media

8Mənbələr