AZ

Boks millimiz Olimpiadaya Türkiyədə hazırlaşacaq

Boks üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvləri Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına (Paris-2024) hazırlığı davam etdirir.

Arena.az bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandamız baş məşqçi Pedro Rokenin rəhbərliyi altında növbəti təlim-məşq toplanışını Türkiyədə keçəcək.

Bu gün səfərə yollanan yığmamızın heyətində Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq), Məhəmməd Abdullayev və Bekhan İsrailov (hər ikisi +92 kq) yer alıblar. Çanaqqalada baş tutacaq toplanış iyunun 27-nə qədər davam edəcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
23
arena.az

10Mənbələr