AZ

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

İlin

Ankara, 17 iyun, AZƏRTAC

Bu ilin sonuna qədər Türkiyənin hava limanlarında sərnişin axını 236,5 milyon nəfər səviyyədə proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin yanında Dövlət Hava Limanları Baş İdarəsi (DHMİ) yayıb.

DHMİ-nin hesablamalarına görə, cari ildə hava nəqliyyatında sərnişin axını 2022-ci ilin göstəricisi ilə müqayisədə (214,2 milyon nəfər) 10,4 faiz artacaq, 2025-ci ildə isə 250 milyon insan həddinə yaxınlaşacaq.

“2024-cü ildə daxili uçuşlara marağın artması hesabına sərnişin axınının artımına nail olunacaq. 2023-cü ildə daxili reyslərə 122 milyon 950 min 966 bilet alınmışdısa, bu il 9,1 faiz artıq - 134,2 milyon bilet satılıb”, - deyə İdarədən bildirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
6
azertag.az

7Mənbələr