AZ

Azərbaycanda dənizçilərin orta aylıq maaşı 201 manat artıb

2024-cü ilin I rübündə dəniz nəqliyyatı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 106,6 manata çatıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Bu 2023-ci ilin eyni dövrü ilə müqayisədə müqayisədə 201 manat və ya 10,5% çoxdur.

Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1 905,6 manat idi.

Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 020,2 manat təşkil edib ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 259,2 manat və ya 14,7% çoxdur.

Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 2 653,6 manat olub. Bu da illik müqayisədə 189,4 manat və ya 7% azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
fed.az

10Mənbələr