AZ

“Soliton”dan kondisioner aldı, işə düşdü: “Bilirmişlər xarabdır, quraşdırıblar”

10 gün qabaq Soliton – dan kondisioner almışam, Tovuz filialından. Özləri də gətirib quraşdırıblar. Evdə ağsaqqallar olub. İşə salıblar ki, “əmi bax, işləyir”, çıxıb gediblər. Havalar sərin olduğu üçün kondisionerə ehtiyac olmayıb. Gəlmişəm gecə kəndə. İşə salıram, işləyir, amma soyuq hava vurmur, elə çölün havasını verir içəri.

TEMPİNFO xəbər verir ki, bu sözləri Tovuzdan olan Abşeron rayon sakini Aqil Mehdi bildirib.

“Səhər zəng vurmuşam ustaya ki, vəziyyət belədir. “Gəlib baxaram”, – dedi. Axşama kimi gözlədim, gəlmədi. Səhər zəng vurmuşam filiala. Onlar da dedilər ki, “hə, usta deyib bizə, o kondisioneri dəyişmək lazımdır”. Şoka düşdüm. Usta bizə gəlmədən, kondisionerə baxmadan, haradan bildi ki, kondisioner xarabdır və dəyişmək lazımdır. Məntiq onu deyir ki, usta elə xarab kondisioner quraşdırıb və quraşdıranda da bunu bilib”, – şikayətçi söyləyib.

Keçmiş media nümayəndəsinin ehtimalına görə, usta fikirləşib ki, yaşlı adamlardır, haradan biləcəklər kondisioner necə hava vurur, eləcə külək vursa, bəsləridir.

“Filiala deyirəm, onlar da nağıl danışır, ustanı müdafiə edirlər. Və dəyişmək üçün bir neçə gün gözləməyimi deyirlər, guya yoxdur, axtarırlar. Haradan axtarırlar? Maşınla 15-20 dəqiqəlik məsafədə olan Şəmkirdən və Ağstafadan. Hansı ki iynə boyda deyil, axtarmaq da zavodda aparılmır, bir zənglə həll olur. Sizdə varmı? Hə və yox cavabı məsələni həll edir”.

A.Mehdi şirkətib reklamına inandıqları üçün başlarına belə bir hadisə gəlib: “Nə bilim əşi, reklam edirlər, biz də düşürük işə. Gərək kreditə götürərdim, onlar yalvarardılar ki, nolar, gətir ödə”.

Sosial şəbəkədə bununla bağlı paylaşım edən Aqil Mehdinin statusuna rəy yazan Səbuhi Sadiq adlı bir nəfər də “Soliton”dan şikayətini bildirib.

“Çox bərbad şirkətdir. Eyni şeyi Oğuz filialında yaşamışam. Bakıda idim, rayondakılar üçün paltaryuyan maşın almalı idim. Gördüm elə rayonda şirkətin filialı var. Sifarişi verdim, aldım. Aparıblar qapının ağzına qoyub gediblər ki, özünüz qaldırın evə. Bəs quraşdırma 2-3 günə olacaq. Zəng eləyib ağzımdan çıxanı dedim ki, qoca arvad və kişi birgə evə qaldırmalıdırlar maşını? Öz dostlarıma dedim, evə də qaldırdılar, usta tapıb gətirib özləri də quraşdırdılar. Nə onlara, nə də ustalarına ehtiyac duymadım. Dərs oldu ki, “Soliton”dan heçn ə almaq olmaz”, – o bildirib.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
tempinfo.az

10Mənbələr