AZ

Ölkədə elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb?

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1331,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlərgöstərilib, 2023-cü ilin müvafiq dövrünün göstəricisi iləmüqayisədə 4,1%-lik azalma müşahidə olunub.

Trend bu barədə DövlətStatistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə su təchizatı, tullantılarıntəmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi235,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 11,7% artımdeməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz vəbuxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 065 mln.manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib,2022-ci ilin göstəricisi ilə müqayisədə 0,6%-lik artım müşahidəolunub.

2023-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalısektorunda istehsal edilmiş məhsulların həcmi 585,6 mln. manattəşkil edib, bu da illik müqayisədə 15,5% artım deməkdir.

Seçilən
127
11
az.trend.az

10Mənbələr