AZ

Satılan 10 avtomobildən 7-si xaricdən gətirilir

Türkiyədə bu il satılan 471 min 743 avtomobilin 69 faizi idxal edilib.

Eyni dövrdə idxal avtomobil satışı 16 faiz artarkən, yerli avtomobil satışı isə 2 faiz azalıb.

"Cebhe.info" xəbər verir ki, Türkiyənin Avtomobil Sənayesi Birliyi (OSD) 2024-cü ilin yanvar-may dövrü üçün istehsal və ixrac rəqəmlərini və bazar məlumatlarını açıqlayıb. Buna görə ilin ilk 5 ayında cəmi avtomobil istehsalı əvvəlki ilin eyni dövrünə görə 2 faiz azalaraq 606 min 905 ədədə çatıb.

Avtomobil istehsalı 1 faiz artaraq 391 min 932 ədəd olub. Traktor istehsalı ilə birlikdə ümumi istehsal 629 min 449 ədədə çatıb. Türkiyədə bu ilin ilk 5 ayında satılan 471 min 743 avtomobilin 31 faizini yerli istehsal avtomobilləri təşkil edib. Qalan 69 faiz idxal edilib. 

İdxal olunan avtomobillərin bazar payı son 9 ildə pik həddinə çatıb. Eyni dövrdə idxal avtomobil satışı 16 faiz artarkən, yerli avtomobil satışı isə 2 faiz azalıb. 

2024-cü ilin ilk beş ayında cəmi bazar əvvəlki ilin eyni dövrünə görə 5 faiz artaraq 491 min 482 ədədə çatıb. Bu dövrdə avtomobil bazarı da 10 faiz artaraq 375 min 97 ədədə çatıb. Yük maşınları bazarına baxdıqda, ilin ilk beş ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumi yük avtomobil bazarı 8 faiz, ağır yük avtomobil bazarı 7 faiz, yüngül yük avtomobil bazarı isə 8 faiz azalıb. 2024-cü ilin yanvar-may dövründə yerli avtomobillərin avtomobil satışlarında payı 31 faiz, yüngül yük avtomobil bazarında yerli avtomobillərin payı isə 33 faiz təşkil edib. 

İlin ilk beş ayında avtomobil ixracı keçən ilin eyni dövrünə görə ədədlər baxımından 1 faiz artaraq 417 min 826 ədədə çatıb. Bu dövrdə avtomobil ixracı bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artarkən, yük avtomobil ixracı isə 2 faiz azaldı. 

Traktor ixracı 2023-cü ilin eyni dövrünə görə 15 faiz azalaraq 7 min 289 ədədə çatdı. Türkiyə İxracatçılar Məclisinin məlumatlarına görə, cəmi avtomobil sənayesi ixracı 2024-cü ilin ilk beş ayında 15,1 milyard dollar və 16 faiz ilə sektorlar üzrə ixrac reytinqlərində birinciliyini qoruyub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
33
cebheinfo.az

10Mənbələr