AZ

Dağlıq və dağətəyi rayonlarda yağış yağıb –FAKTİKİ HAVA

İyunun 17-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 3, Şəkidə 1 millimetrədək olub.

İyunun 16-da şərq küləyi Culfada arabir 19 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
49
azpost.info

10Mənbələr