Ancaq məsələ bu qədər sadə deyil. Çünki bu pəhrizin müsbət və mənfi tərəfləri var.
Şokolad pəhrizinin üstünlükləri
Əslində, bu cür qidalanmanın müsbət tərəfləri azdır. Hətta sadəcə bir müsbət tərəfi var ki, o da şokoladın dadlı olmasıdır.
Şokolad pəhrizinin mənfi cəhətləri
Şokolad pəhrizini sınamağa cəsarət edən qadınların müşahidələrinə görə, üçüncü gündən sonra xoşagəlməz yan təsirlər baş verir. Bu zaman xanımlarda ürəkbulanma, bəzən qusma, başgicəllənmə, artan yorğunluq və əsəbilik yaranır.
Hətta şox güman ki, həftənin sonuna qədər üzünüzdə səpgilər görəcəksiniz.
Mədə-bağırsaq problemi olan insanlarda xroniki xəstəliklər ağırlaşa bilər, miqrendən əziyyət çəkənlərdə isə ağrılar tez-tez baş verə bilər. Çünki şokolad bu xəstəliyin tətikləyicilərindən biridir.
Hətta arzuolunan şokoladın dadı belə zaman keçdikcə sizə xoşagəlməz görünməyə başlayacaq.
Beləliklə, şokolad pəhrizini sınamamağınız üçün bir çox səbəb var. Bildirilir ki, çəkilərdən xilas olmaq üçün yeyilən tünd şokoladın kömək etməkdən daha çox zərər vermə ehtimalı yüksəkdir.
(Lent.az)