AZ

Azərbaycan Paris-2024-ə daha bir lisenziya qazandı - FOTO

Oyunlarına daha bir lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, bu nüfuzlu yarışa növbəti vəsiqəni kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova əldə edib.

Y.Ramazanova 14-17 iyun tarixlərində Türkiyənin Antalya şəhərində baş tutan oxatma üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat Turnirində 1/4 final mərhələsinə yüksəlməklə Olimpiadaya lisenziyanı təmin edib.

İdmançımız 1-ci mərhələdə Qətər təmsilçisi Suha Şayxı 6:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə polşalı Marina Stax üzərində qələbə qazanılıb - 6:2.

3-cü mərhələdə Yaylagül Ramazanova gərgin mübarizə şəraitində hindistanlı Dipika Kumarini 6:4 hesabı ilə məğlub edib.

Azərbaycan

Növbəti mərhələdə digər Polşa təmsilçisi Klaudia Plazanı da üstələyən millimizin üzvü turnirin 8 ən yaxşı idmançısı sırasına düşməyi bacarıb. Bu nəticə ölkəmizə Paris Olimpiadasına növbəti lisenziyanı qazandırıb.

Millimiz turnirdə ümumilikdə beş idmançı (Roman Vengerov, Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Svetlana Simonova və Fatimə Hüseynli) ilə təmsil olunub.

İyunun 16-da keçirilən qadınların şəxsi yarışında Svetlana Simonova birinci, Fatimə Hüseynli isə ikinci mərhələdə mübarizəni dayandırıblar.

Kişi oxatanlarımız Roman Vengerov və Məhəmmədəli Əliyev iyunun 17-də mübarizəyə qoşulacaqlar.

XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
23
sportinfo.az

10Mənbələr