AZ

Paşinyan Azərbaycana görün nə təklif etdi - SON DƏQİQƏ

"Təklif edirəm ki, Azərbaycan atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırsın".

Ermənistan KİV xəbərlərinə görə, bunu baş nazir Nikol Paşinyan son günlər Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistan tərəfindən atəşkəs rejimini pozması ilə bağlı yaydığı məlumatlara münasibət bildirərkən deyib.

Paşinyanın sözlərinə görə, mövcud vəziyyət problemin həllini tələb edir. Baş nazirin sözlərinə görə, razılaşma olarsa, mexanizmi işə salmaq çətin deyil. SEO Nədir

Azərbaycan Müdafiə Nazirliyinin son məlumatına görə, iyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusu həmin istiqamətdə cavab tədbirləri görüb.(yenisabah.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
6
turkustan.az

7Mənbələr