AZ

Paşinyan Azərbaycanla sərhəddəki ərazilərə gedib

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin cənubundaAzərbaycanla həmsərhəd olan rayonlara baş çəkib.

Trend bu barədə erməniKİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Paşinyan bölgədə aparılan infrastrukturlayihələrinə baxış keçirib. O, İranla Ermənistanı birləşdirən M-2İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolundakıtikinti və Qafan şəhərinin mərkəzindən keçən çayda beton bəndləməişləri ilə tanış olub.

Paşinyan səfəri çərçivəsində yerli sakinlərlə də görüşlərkeçirib. Daha sonra o, Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxukəndinə gedib, orada sərhəddən köçürülən erməni ailələri üçüntikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib.

Seçilən
287
41
az.trend.az

2Mənbələr