AZ

Bu ölkədə 6 bal gücündə ZƏLZƏLƏ: torpaq sürüşməsi baş verdi

Perunun Karaveli şəhərində 6 bal gücündə zələzlə olub.
 
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
 
Zəlzələ ocağı yerin 19 kilometr dərinliyində yerləşib.
 
Zəlzələdən sonra Panamerika magistralının bəzi hissələrində torpaq sürüşməsinin olduğu bildirilib.
 
Atiko bölgəsini Karaveli ilə birləşdirən magistral yola qaya parçalarının düşdüyünü və tikinti texnikasının əraziyə doğru hərəkət etdiyi vurğulanıb.
 
Zəlzələ nəticəsində bir məktəbə ziyan dəyib, ölən və xəsarət alanların olmadığı deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
6
moderator.az

8Mənbələr