AZ

ABŞ-da atışma olub, ölənlər var

ABŞ-nin Texas ştatının Raund-Rok şəhərində konsert zamanı atışma baş verib, azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, konsertdə iki tamaşaçı qrupu arasında dava düşüb və kimsə atəş açıb. Nəticədə bu mübahisədə iştirak etməyən şəxslər həlak olublar.

Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər və onlar xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
14
milli.az

10Mənbələr