AZ

İngiltərə millisi Avro-2024-ə qələbə ilə start verdi – VİDEO

İngiltərə yığması Avro-2024-ə qələbə ilə start verib. 

BAKU.WS xəbər verir ki, Qaret Sautqeytin yetirmələri C qrupunun ilk turunda Serbiya kollektivini sınağa çəkiblər. Qarşılaşmada yeganə qolu oyunun 13-cü dəqiqəsində “Real” Madrid klubunun futbolçusu Jud Bellinqem vurub.

Qrupun digər qarşılaşmasında Sloveniya ilə Danimarka milliləri 1:1 hesablı heç-heçəyə imza atıblar.

C qrupunun ikinci qarşılaşmaları iyunun 20-də keçiriləcək. Həmin turda İngiltərə millisi Danimarka kollektivini Sloveniya isə Serbiya yığmasını sınağa çəkəcək.

BAKU.WS

VİDEO

Seçilən
104
2
medianews.az

3Mənbələr