AZ

Ayı insanların olduğu avtomobilə hücum etdi

Rusiyanın Saxalin vilayətinin Oxinski rayonunda ayı yola çıxaraq insanların olduğu avtomobilə hücum edib.

Publika.az xəbər verir ki, hadisə magistral yolda baş verib, avtomobil nasazlıq səbəbindən yol kənarında dayanıb.

Məlumata görə, avtomobildə bir sürücü və iki sərnişin olub.

Yırtıcı avtomobilə yaxınlaşaraq, onu hər tərəfdən iyləyib, kapota çıxıb və şüşə silgisini qoparıb.

Avtomobili yoxlayandan sonra ayı yoxa çıxıb. İnsident nəticəsində xəsarət alan olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
6
publika.az

8Mənbələr