AZ

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi “Üzbəüz” layihəsinin növbəti qonağı ilə görüş keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, layihənin budəfəki qonağı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə olub. Görüşdə iştirak edən Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva əvvəlcə bəstəkarın həyat və yaradıcılığından söhbət açıb.

Firəngiz Əlizadə görüşdə Azərbaycan müasir bəstəkarlıq məktəbinin inkişafından, öz yaradıcılıq yolundan söhbət açıb.

Görüşdə iştirak edən Gəncə şəhərinin mədəniyyət və incəsənət xadimləri ilə maraqlı müzakirələr aparılıb.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
7
ilk.az

8Mənbələr