AZ

Sabah bir sıra küçələrdə təmir işləri aparılacaq

İyunun 15-i saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mehdi Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn küçəsindən Mixail Lermontov küçəsinədək) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək (Yollar bağlanmır).

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
30
dogru.az

10Mənbələr