AZ

Çinin üç şəhəri suyun altında qaldı

Çinin şərqindəki Futszyan əyalətində uzun sürən yağışlar 9 milyona yaxın əhalisi olan Tsyuançjou və daha iki böyük şəhərdə, həmçinin 11 kənd mahalında daşqınlara səbəb olub.

Bizim.Media Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bu barədə informasiyanı yerli hakimiyyət orqanları yayıb.

Mənbə yazır ki, 11 çay öz məcrasından çıxıb.

Daşqın zonalarında suyun səviyyəsi 3,65 m-ə çatır.

Dərc edilmiş məlumatlara görə, 179,8 min nəfər daşqınlardan zərər çəkib, 36 minə yaxın insan təxliyə edilib. Prosesə hərbçilər cəlb olunublar.

Futsyan əyalətində dəmir yolu əlaqəsi qismən dayandırılıb.

Qeyd edək ki, iyunun 9-dan etibarən Futsyanda tufan və güclü küləklə müşayiət olunan yağış yağır. Əyalət də fəlakət xəbərdarlığı elan edilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
15
bizim.media

10Mənbələr