AZ

Borrel Zurabişvili ilə Gürcüstanın Avropadakı perspektivlərini müzakirə edib

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Tbilisinin “Avropa gələcəyini” müzakirə edib. “Report” xəbər verir ki, bu barədə Avropanın baş diplomatı sosial şəbəkədə yazıb. “Xarici Əlaqələr Şurasının növbəti iclası ərəfəsində prezident Zurabişvili ilə Gürcüstanın Avropa gələcəyi haqqında yaxşı fikir mübadiləsi apardıq. Aİ Gürcüstan xalqının Aİ yolunda demokratik ölkə seçimini dəstəkləyir”, – Borrel qeyd edib. Xatırladaq ki, Zurabişvili İsveçrənin Bürgenştok şəhərində keçirilmiş Ukrayna üzrə Sülh Sammitində Gürcüstanı təmsil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
5
bizimyol.info

6Mənbələr