AZ

Ukrayna üzrə sülh konfransının yekun sənədini 91 ölkədən 80-i dəstəkləyib

İyunun 15-16-da Bürgenştokda keçirilən Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədi 91 ölkədən 80-i tərəfindən dəstəklənib.

İclasın təşkilatçıları sənədi təsdiqləyən ölkələrin siyahısını dərc ediblər.

Siyahıya əsasən, sənədi dəstəkləyən ölkələr arasında Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı yoxdur.

İsveçrə, Türkiyə, Aİ ölkələri və ABŞ isə siyahıda yer alıb.

Kommunikedə vurğulanır ki, nüvə enerjisindən istifadə təhlükəsiz olmalıdır, ərzaq təhlükəsizliyi pozulmamalıdır, gəmilərə və limanlara hücumlar qəbuledilməzdir.

İclas iştirakçıları Ukraynada müharibə zamanı əsir götürülmüş insanların azad edilməsinin zəruriliyini də bildiriblər.//Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
12
azxeber.com

10Mənbələr