AZ

Həcc ziyarətində 6 zəvvar istidən öldü

Məkkədə Həcc ziyarəti zamanı 6 zəvvar istidən ölüb. Bakuinfo.net xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ölənlərin hamısı İordaniya vətəndaşıdır, hazırda nazirlik onların nəşlərinin vətənlərinə qaytarılması üçün Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları ilə danışıqlar aparır. Səudiyyə Ərəbistanı Baş Statistika İdarəsinin məlumatına görə, bu il həcc ziyarətində 1,8 milyondan çox insan iştirak edəcək. Səudiyyə rəsmiləri daha əvvəl xəbərdarlıq ediblər ki, builki rituallar zamanı temperatur 48 dərəcə istiyə çata bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
19
bakuinfo.net

10Mənbələr