AZ

Norveç Ukraynaya 100 milyon dollar ayıracaq

Norveç hökuməti Ukraynanın enerji sektorunu dəstəkləmək üçün bu ölkəyə əlavə 100 milyon dollar ayırdığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

"Norveç Ukraynanın elektrik enerjisinə olan tələbatını ödəmək üçün 1,1 milyard Norveç kronu (100 milyon dollar) ayıracaq", - bəyanatda qeyd olunub.

Krallıq hökumətinin bəyanatında deyilir ki, Ukraynada enerji infrastrukturunun imkanlarının 50%-dən çoxu məhv edilib.

Norveç tərəfindən verilən yardımın təxminən 10-u BMT-nin İnkişaf Fondu vasitəsilə ayrılacaq. Xüsusilə, onlardan Ukraynanın Xarkov vilayətinin səhiyyə müəssisələrinin enerji təchizatının təşkili üçün istifadə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
iqtisadiyyat.az

4Mənbələr