AZ

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Ordusunun qoşun növləri, birlik və birləşmələrindəQurban bayramı münasibətilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdə əvvəlcəxalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanınsuverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərinxatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin AliBaş Komandanı cənab İlham Əliyevin və müdafiə nazirigeneral-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilətəbrikləri şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlarüçün bayram süfrələri təşkil edilib.

Müdafiə nazirinin tapşırığına əsasən Qurban bayramı münasibətiilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrindəşəhidlərimizin məzarları ziyarət olunub, onların ailə üzvlərinə vəhərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə başçəkilib, onlara Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləriçatdırılıb və bayram sovqatları təqdim olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
98
18
az.trend.az

10Mənbələr