AZ

Xətai rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd edilib - FOTOLAR

Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 17 İyun -Tibb İşçilərininPeşə Bayramı Günü münasibətilədəyirmi masa keçirilib.

YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə çıxış edən rayon təşkilatının sədri Vüqar Rəhimzadə ölkəmizin hərtərəfli inkişafından geniş bəhs edərək dövlətimizin siyasətində səhiyyənin inkişafının prioritet olduğunu xüsusi qeyd edib. Bildirib ki, insan amili dövlət siyasətinin əsasıdır. Bu baxımdan insanlarımızın sağlamlığının qorunması istiqamətində mühüm addımlar atılır.Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu ÖndərHeydər Əliyevin2001-ci ildə imzaladığıSərəncama əsasən iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Hər bir bayram tədbiri keçilən yolun hesabatı, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin təqdimatıdır. Möhkəm təməl növbəti uğurların başlanğıcıdır. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət nəticəsində səhiyyə sahəsində aparılan köklü islahatlar bugünümüz üçünmöhkəm təməl yaratdı. Yeni tibb müəssisələrinin yaradılması, kadr hazırlığıÜmummilli Liderin hakimiyyətinin hər iki dövründə əsas hədəflər sırasında olub. Son 20 ildən artıq dövrdəbu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi səhiyyədə atılan addımların davamlılığında özünün aydın ifadəsini tapır. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də yeni tibb mərkəzləri açılır, mövcudtibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsindəpaytaxtda və rayonlarda müasir Diaqnostika Mərkəzləri fəaliyyət göstərir. Hazırda ölkəmizdə səhiyyənin səviyyəsi inkişaf etmiş ölkələrdən belə yüksəkdir.Azərbaycan bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çatır.

Vüqar Rəhimzadə vurğulayıb ki, dünyaCOVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bunun şahidinə çevrildi. Ümumdünya Səhiyyə Təşkilatı ilk gündən Azərbaycanda mövcud səhiyyə infrastrukturunu, həkim heyətini nəzərə alaraq ölkəmizin bu mübarizədən az itki ilə çıxacağını bildirdi. Səhiyyəmizin inkişafı44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə də özünü aydın şəkildə nümayiş etdirdi. Ağ xalatlılarımızın şəfalı əlləri sağlamlığını itirən vətəndaşlarımızın yenidən həyata qayıtmalarını təmin etdi. Hazırda qazilərimizin müalicələri ən yüksək səviyyədə davam etdirilir. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də səhiyyənin inkişafına, insanların sağlamlığınaxüsusi diqqət göstərilir.

Vüqar Rəhimzadəsəhiyyə işçilərini peşə bayramları münasibətilə tədbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitarməsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki, Azərbaycan bütün sahələrdə hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ulu ÖndərHeydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursuuğurladavam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində səhiyyə infrastrukturunda təkmilləşmələr diqqətdən kənarda qalmır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə yüksəldilməsinə yeni imkanlar açır.

Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitarməsələlər şöbəsinin məsləhətçisi Turan Cəfərova çıxışında dövlətimizin səhiyyə işçilərinə diqqət və qayğısını yüksək qiymətləndirib. Bildirib ki, bunun nəticəsidir ki, artıq ölkəmizdə yaradılan şərait xəstələrin xarici ölkələrə üz tutmalarına ehtiyacın olmadığını təsdiqləyir. Xəstələrin müayinəsi və müalicəsi üçün bütün zəruri imkanlar yaradılıb.

Tədbirdə çıxış edən M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoruAybənizSaniyeva,2 saylı Uşaq poliklinikasının baş həkimi Yalçın Məmmədov,28 saylı şəhər poliklinikasının başhəkimi TəranəMəmmədova, 6 saylı poliklinikanın başhəkimi Hikmət Həsənov, 4 saylı poliklinikanın başhəkimi Zəminə Qaraxanlı, Referans klinikasının cərrahı,tibb elmləri doktoru, professorKənan Yusif-zadə və Gigiyena və Epidemialogiya Mərkəzinin direktoru Yasən Cabbarov bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətlərdən yüksək səviyyədə yararlanırlar. Tibb işçiləri peşə bayramlarını bu gün qazandıqları uğurlu nəticələr fonunda qeyd edirlər.

Sonda Yeni Azərbaycan Partiyasının üzvü olan bir qrup səhiyyə işçisinə Fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
6
sia.az

7Mənbələr