AZ

Yevlaxda avtomobillər toqquşdu: Səkkiz nəfər xəsarət aldı

Yevlaxda iki avtomobilin toqquşması nəticəsində uşaqlar da daxil olmaqla səkkiz nəfər xəsarət alıb.
 
Moderator.az report-a istinadən xəbər verir ki, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Hadisə nəticəsində 1959-cu il təvəllüdlü M.Əhmədova, 1991-ci il təvəllüdlü Ş.Əhmədova, 2019-cu il təvəllüdlü E.Əhmədova, 2020-ci il təvəllüdlü M.Əhmədova, 1985-ci il təvəllüdlü T.Əhmədova, 2011-ci il təvəllüdlü N.Məmmədli, 1983-cü il təvəllüdlü S.Ağayev və 1984-cü il təvəllüdlü N.Sadıqov xəsarət alıblar.
 
Xəsarət almış üç uşaq, üç qadın və iki kişi Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
 
Bir nəfər ağız nahiyəsindən ağır xəsarət aldığından əməliyyata götürülüb, digərlərinin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
8
moderator.az

10Mənbələr