AZ

Ermənistanda həbslərin növbəti dalğası: Daha səkkiz nəfər saxlanıldı

İyunun 12-də Ermənistan parlamentinin binası yaxınlığında etirazçılarla polis arasında baş verən toqquşmadan sonra daha beş nəfər həbs olunub.
 
Bunu erməni hüquqşünas Ruben Melikyan bildirib.
 
Onun sözlərinə görə, artıq saxlanılanların ümumi sayı 28 nəfərə çatıb.
 
"Videomateriallar əsasında həbslərin ikinci dalğası başlayıb. Artıq səkkiz nəfər saxlanılıb, onlardan beşi barəsində məhkəmə tez bir zamanda həbs qətimkan tədbiri seçib", - Melikyan bildirib.
 
Vəkil əlavə edib ki, daha üç nəfərin həbsi ilə bağlı qərar gəzlənilir.
 
Qeyd edək ki, iyunun 12-də İrəvanda ölkənin baş nazirinin çıxış etdiyi Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında toqquşmalar baş verib. Etirazçılar parlament binasının yaxınlığındakı kordonu yarmağa, təhlükəsizlik qüvvələri isə onları geri itələməyə çalışıb. Hadisə ilə bağlı ötən günlər ərzində iyirmi nəfər saxlanılıb. /oxu.az/
 
Mənbə: Gazeta.ru
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
moderator.az

3Mənbələr