AZ

Qurban Qurbanovla Fernandu Santuşun FƏRQİ

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, cədvəldə planetin 500 ən yaxşı mütəxəssisi yer alıb.

Siyahıda yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1672 xalla 134-cü pillədə qərarlaşıb.

Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş da cədvələ daxil edilib. O, 1624 xalla dünyada 185-cidir. Santuşla Qurbanov arasında 51 addımlıq fərq var.

Qeyd edək ki, siyahıya 2279 xalla Pep Qvardiola başçılıq edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
milli.az

4Mənbələr