AZ

Lukaşenko sirləri açdı - “Putin mənə dedi ki, bu Paşinyan...”

Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin Ermənistan Baş naziri Nikol Paşinyandan üzr istəyib-istəməyəcəyi ilə bağlı sualını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Belarus lideri suala sarkazmla cavab verib.

“Qulaq asın, bu, gülməlidir. Deyir ki, qoy Lukaşenko üzr istəsin. Yaxşı, indi hamının gözü qarşısında hazıram. Bağışla, əzizim, amma sən murdar adamsan! Başqa biri də vardı. Yaşıl köynəkli belə bir murdar da var idi, o da həmişə nəsə istəyirdi. İndi onunla hər şey məlumdur. Amma bu Paşinyan nəsə səhv edərək gecə mənə zəng edib Putinlə onu barışdırmağımı istəyəndə, ona kömək elədim. Sonra Vladimir Vladimiroviç mənə dedi ki, Aleksandr Qriqoryeviç, bu Paşinyanın adamı necə bezdirdiyini bilməlisən.

Başqa cür demişdi, amma mən sizin üçün yumşaldıram. Beləliklə Moskvada görüşdülər. İndi də mənə belə “minnətdarlıq” edir”, - Lukaşenko bildirib.

Ermənistan baş naziri bundan əvvəl Aleksandr Lukaşenko Belarus prezidenti olduğu müddətdə bu ölkəyə səfər etməyəcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
teleqraf.com

10Mənbələr