AZ

Serbiya və İngiltərə yığmaları böyük turnirlərdə ilk dəfə qarşılaşacaqlar

Almaniyada keçiriləcək Avropa çempionatının C qrupunda üz-üzə gələcək Serbiya və İngiltərə yığmaları ilk dəfə böyük turnirlərdə (Avropa və dünya çempionatı) qarşılaşacaqlar.
 
Moderator.az-ın məlumatına görə, Serbiya yığması tarixində ilk dəfə "köhtə qitə"nin yarışına qatılır.
 
Yuqoslaviya dönəmində britaniyalılar rəqibinə son altı qarşılaşmada uduzmayıb. Yalnız AVRO-1968-in yarımfinalında məğlub olub.
 
C qrupunun digər matçında Danimarka Sloveniya ilə görüşəcək. Tərəflər ilk dəfə böyük yarışlarda bir-birinə rəqib olublar.
 
D qrupunun yeganə oyununda Polşa və Niderland seçmələri münasibətlərə aydınlıq gətirəcək. Bu komandalar da Avropa və dünya çempionatları tarixində ilk dəfə görüşəcəklər.
 
Qeyd edək ki, Polşa - Niderland matçı Bakı vaxtı ilə saat 17:00-da, Sloveniya - Danimarka qarşılaşması saat 20:00-da, Serbiya - İngiltərə dueli isə saat 23:00-da start götürəcək.
 
Seçilən
88
5
moderator.az

6Mənbələr