AZ

Rusiyada İstintaq Təcridxanasında girov götürən məhbuslar məhv edilib

Rostov-na-Donu istintaq təcridxanasının əməkdaşlarını girov götürən məhbuslar zərərsizləşdirilib.

Day.Az-ın məlumatına görə, bu barədə Rusiya Federal Penitensiar Xidmətin mətbuat xidmətindəndən məlumat verilib.

Məlumata əsasən, girovlar azad edilib, onlar xəsarət almayıblar.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Rostov vilayətində istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər iki əməkdaşı girov götürülməsi barədə məlumat verilib.

Seçilən
93
7
day.az

10Mənbələr