AZ

QMİ Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Qurban bayramı münasibətilə Gürcüstanda aksiya keçirib.

Aksiya çərçivəsində QMİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbərliyi və üzvləri ehtiyacı olan ailələri ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Aksiya çərçivəsində 7 baş iribuynuzlu heyvan kəsilib. Kəsilmiş qurbanlar Tbilisi, Rustavi, Marneuli, Qardabani, Bolnisi, Dmanisi və Laqodexi rayonlarından olan yüzlərlə ailəyə paylanılıb.

QMİ-nin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov AZƏRTAC-a müsahibəsində deyib ki, xalqımızın dini və milli bayramları ərəfəsində aztəminatlı, ehtiyacı olan ailələri ziyarət etmək, onların qayğıları ilə maraqlanmaq, onlara müxtəlif yardımlar göstərmək ənənə halı alıb. Qurban bayramı münasibətilə də Gürcüstanın müxtəlif bölgələrində 500-ə yaxın ailəyə Qurban payı verilib.

Onun sözlərinə görə, soydaşlarımız bu yardımı yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və QMİ-yə minnətdarlıq ediblər.

Seçilən
15
2
azpost.info

3Mənbələr