AZ

AQTA Şuşa, Füzuli, Ağdərə və Zəngilanda müasir ət kəsimi çadırları quraşdırıb

“Qurban bayramı münasibətilə Şuşa, Füzuli, Ağdərə və Zəngilanda müasir tələblərə cavab verən ət kəsimi çadırları quraşdırılıb”.

Bu barədəAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov məlumat verib.

Onun sözlərinə görə, kəsim aparılan bütün məntəqələrdə baytarlıq xidməti və səyyar laboratoriyalar təşkil edilib:

“Çadır tipli məntəqələr baytarlıq xidməti ilə təmin olunub. Bütün gigiyenik tələblər gözlənilməklə heyvanlar kəsilir. Eyni zamanda burada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. Həkim mütəxəssislər kəsiləcək heyvanların müayinələrini aparır. Əgər şübhəli hal varsa heyvanların daxili orqanlarından analizlər üçün nümunələr götürülür və dərhal da səyyar laboratoriyalara müayinələr aparılır. Eyni zamanda, mərkəzi baytarlıq laboratoriyalarında analizlər həyata keçirilməsi nəzərdə tutulur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
aznews.az

4Mənbələr