Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Referans.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndində qeydə alınıb.
Belə ki, "NİSSAN" və "VAZ" markalı iki minik avtomobili toqquşub, hadisə zamanı avtomobillərdən biri yol kənarında dayanan 1979-cu il təvəllüdlü Davudov Qəhrəman Şamil oğlunu vurub.
45 yaşlı Q.Davudov bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta