AZ

AVRO-2024: Bu gün D və C qruplarının oyunları start götürür

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha üç görüş keçiriləcək.

Korrespondent.az bildirir ki, üçüncü oyun günündə D və C qrupunda oyunlar reallaşacaq.

Günün ilk matçı D qrupunda gerçəkləşəcək. Hamburq şəhərində Polşa və Niderland milliləri üz-üzə gələcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq.

C qrupunun ilk görüşü isə Ştutqartda baş tutacaq. Saat 20:00-da start fiti səslənəcək oyunda Sloveniya və Danimarka yığmaları qarşılaşacaqlar.

Günün son qarşılaşması da eyni qrupda oynanılacaq. Helzenkirhen şəhərində, saat 23:00-da start götürəcək matçda Serbiya və İngiltərə seçmələri güclünü ayırd etməyə çalışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
11
korrespondent.az

10Mənbələr