AZ

"Rusiya Ukraynanın kapitulyasiyasını arzulayır, amma bu, heç vaxt olmayacaq..." 

"Kreml beynəlxalq hüququn prinsiplərini müzakirə etməkdən qorxduğu üçün Sülh Sammitini pozmağa cəhd edib.."
 
Rusiya Ukraynanın kapitulyasiyasını xəyal etdiyi üçün İsveçrədə keçiriləcək Sülh Sammitinin qarşısını almağa çalışdı, lakin bu, heç vaxt baş tutmayacaq.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu Qlobal Sülh Sammitində Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib.
 
Britaniyanın baş naziri qeyd edib ki, Kreml beynəlxalq hüququn prinsiplərini müzakirə etməkdən qorxduğu üçün sammiti pozmağa cəhd edib.
 
“Soruşmalıyıq: ərazi bütövlüyü, ərzaq və nüvə təhlükəsizliyinin əsas prinsiplərinin müzakirə olunduğu sammitdən Rusiya niyə özü üçün belə bir təhdid görür?”
 
Bundan əlavə, o xatırladıb ki, Sülh Sammitindən bir müddət əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi, Ukrayna ilə bağlı beynəlxalq görüşlərin yeganə mövzusunun “kapitulyasiya” olması lazım olduğunu bildirib.
 
"Qoy belə düşünsünlər, amm bu heç vaxt olmayacaq, çünki aqressiya qalib gələ bilməz və gəlməməlidir", deyə Sunak vurğulayıb.
 
Xatırladılır ki, daha əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkəsinin Ukraynaya öz hərbi və ya NATO əsgərlərini göndərməyi hələlik nəzərdən keçirmədiyini bildirib.
 
Bundan əlavə, Avropa Birliyinin diktator Putinin "ssülh" bəyanatlarını qəzəblə şərh etdiyi barədə də məlumat verimişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
12
moderator.az

10Mənbələr