AZ

Cüdoçularımız Avropa Kubokunun ilk günündə 5 medal qazanıb

İyunun 15-də Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kubokunun ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

İdman.biz xəbər verir ki, cüdoçularımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

60 kq çəkidə Rövşən Əliyev bürünc medal qazanıb.

66 kq-da Nazir Talıbov qızıl, Rəşad Yelkiyev bürünc medal əldə edib.

73 kq çəkidə final görüşündə iki cüdoçumuz Kamran Süleymanov və Nəriman Mirzəyev qarşılaşıb. Nəticədə Nəriman Mirzəyev qızıl, Kamran Süleymanov isə gümüş medal əldə edib. İbrahim Əliyev 5-ci, Rüfət Şölətov isə 7-ci yerlə kifayətlənib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
14
idman.biz

10Mənbələr