AZ

Tibbi Xidmət İdarəsinin rəis müavini Avropa Ətraf Mühit və Sağlamlıq Prosesi Tərəfdaşlığı görüşündə iştirak edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Türkiyə Respublikasının Səhiyyə Nazirliyi və Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi Agentliyinin dəvəti ilə İstanbul şəhərində keçirilən Avropa Ətraf Mühit və Sağlamlıq Prosesi Tərəfdaşlığı görüşündə iştirak edib.

 

Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.

 

Ümumdünya Səhiyyə Təşkilatının aparıcı beynəlxalq ekspertlərinin iştiraki ilə keçirilən bu nüfuzlu tədbirdə Ətraf Mühit və Sağlamlıq Prosesi Tərəfdaşlığı çərçivəsində Avropa regionunda kimyəvi təhlükəsizliklə bağlı aktual məsələlər müzakirə edilib.

 

T.ü.f.d., dos. İsmayıl Əfəndiyev görüşdə geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının kimyəvi təhlükəsizliyi sahəsində aparılan işlər və gələcək üçün əsas prioritetlər barədə danışıb. Dr. İsmayıl Əfəndiyevin çıxışı ekspert auditoriyası tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb.

 

Görüşün yekunu olaraq Avropa regionunda kimyəvi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı tövsiyələr qəbul olunub, tərəfdaşlıq sahəsində gələcək addımlar üçün yol xəritəsi və əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
aztibb.az

3Mənbələr