AZ

ABŞ-da ATIŞMA: 9 nəfər yaralandı

ABŞ-nin Miçiqan ştatında atışma nəticəsində ən azı doqquz nəfər yaralanıb.

Bu barədə CNN telekanalı polisə istinadən məlumat verib.

Məlumata görə, hadisə Roçester-Hills şəhərində baş verib. Zərərçəkənlərdən biri səkkiz yaşlı uşaqdır.

Şübhəli şəxs təxminən 28 dəfə atəş açıb. Atəş yerində bir tapança və üç boş daraq tapılıb.

Polisin məlumatına görə, şübhəli şəxs hadisə yerinin yaxınlığında saxlanılıb. Atışmanın səbəbi barədə məlumat yoxdur.//Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
6
musavat.com

10Mənbələr