AZ

Yanvar-may aylarında yük və sərnişin daşımalarında artım qeydə alınıb

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində yük və sərnişin daşımalarıəvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4 faiz və8,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, nəqliyyatsektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən94,0 milyon ton yük daşınıb. Yüklərin 3,6 faizi dəniz, 8,1 faizidəmir yolu, 0,2 faizi hava, 57,8 faizi avtomobil nəqliyyatı ilədaşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmışyüklərin həcmi 5,2 faiz artıb. Daşınan yüklərin ümumi həcmində busektorun xüsusi çəkisi 77,9 faiz təşkil edib.

Bundan başqa, bu ilin yanvar-may aylarında nəqliyyatçılar 802,7milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 faiziavtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digərnəqliyyat növləri ilə daşınıb.

Qeyd edək ki, dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-mayaylarında 7,7 milyon ton yük, 3268,8 min sərnişin daşınıb. Ötənilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,9 faiz, sərnişindaşınmasında isə 20,9 faiz artım müşahidə olunub. Orta hesablasutkada 371 vaqon yüklənib, 422 vaqon isə boşaldılıb. Sutka ərzindədəmir yolunun Şimal istiqaməti üzrə 17,2 min ton, Qərb istiqamətiüzrə 3,8 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənməişi yerinə yetirilib. Dəniz nəqliyyatı ilə bu ilin yanvar-mayaylarında daşınmış yüklərin həcmi 3337,9 min ton təşkil edib vəəvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz azalıb. Yüklərin50,0 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən5576,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib vəyüklərin 4468,0 min tonunu və ya 80,1 faizini tranzit yüklər təşkiledib. 2024-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalanyüklərin həcmi 280,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növüilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünənisbətən 26,7 faiz artaraq 10,9 min nəfər olub.

Avtomobil nəqliyyatı ilə 54,4 milyon ton yük, 702,9 milyonsərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiqolaraq 7,7 faiz və 8,6 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindənistifadə edib. Yük dövriyyəsi 10,5 faiz, sərnişin dövriyyəsi isə9,7 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmişsərnişinlərin sayı 3,6 faiz artaraq 95,1 milyon nəfər olub. Havanəqliyyatı ilə 1393,6 min və ya 44,2 faiz çox sərnişin daşınıb.Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrəməxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növüilə yükdaşıma 15,5 faiz artaraq 162,0 min ton olub.

Seçilən
37
2
az.trend.az

5Mənbələr