ABŞ-ın Miçiqan ştatında atışma nəticəsində ən azı doqquz nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı polisə istinadən məlumat verib.
Məlumata görə, hadisə Roçester-Hills şəhərində baş verib. Zərərçəkənlərdən biri səkkiz yaşlı uşaqdır.
Şübhəli şəxs təxminən 28 dəfə atəş açıb. Atəş yerində bir tapança və üç boş daraq tapılıb.