AZ

Ağcaqanadlar bəzi insanları niyə daha çox dişləyirlər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bir insanın ağcaqanad üçün cəlbediciliyi dərisində yaşayan mikroblardan asılıdır".
Bu sözləri rusiyalı allerqoloq-immunoloq Elvina Davlyatova deyib.
"İnsanın ağcaqanad üçün cəlbediciliyinə təsir edən ən mühüm amillərdən biri də insanların tərlədikləri zaman buraxdıqları istilik və karbon qazıdır. Kiçik uşaqlar daha az tərləyir, ona görə də ağcaqanadlar onlara daha az diqqət yetirirlər. Ağcaqanadlar insan dərisindən gələn qoxulara da diqqət yetirirlər. Onlar dərinin səthində yaşayan mikroblar tərəfindən ifraz olunur", - deyə həkim bildirib.
O əlavə edib ki, ağcaqanadların hücumu riskini azaltmaq üçün açıq rəngli paltar geyinmək lazımdır.
"Əlini yelləyib onları qaçırmağa çalışmayın. Çünki vibrasiya və hərəkətlər böcəklər üçün yaxınlıqda yırtıcı olduğuna dair bir siqnaldır", - deyə Davlyatova vurğulayıb.
Mənbə: Gazeta.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
46
oxu.az

10Mənbələr