AZ

Üç ölkə İranın zənginləşdirilmiş uran istehsalını artırmaq qərarını PİSLƏDİ

Böyük Britaniya, Fransa və Almaniya İranın zənginləşdirilmiş uran istehsalını artırmaq qərarını pisləyib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, hər üç ölkənin xarici işlər nazirlikləri bununla bağlı birgə bəyanat yayıblar.

Bəyanatda qeyd edilib ki, onlar İranın potensial nüvə silahı əldə etməsi probleminin diplomatik yolla həllinin tərəfdarıdırlar.

Vurğulanıb ki, İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına əməl etməkdən getdikcə daha çox uzaqlaşır:

“Tehranın bu qərarı İranın nüvə proqramını intensivləşdirilməsinin bir hissəsidir. Bu da nüvə silahının yayılması ilə bağlı ciddi risklər yaradır. İranın “Fordo” yeraltı kompleksinin istehsal gücünü əhəmiyyətli dərəcədə artırmaq qərarı xüsusi narahatlıq doğurur”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
5
bizim.media

6Mənbələr